“Ukraynanın bir ay vaxtı var, dekabrın əvvəlindən…” – AÇIQLAMAbackend

“Ukraynanın bir ay vaxtı var, dekabrın əvvəlindən…” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “The Wall Street Journal” Ukraynanı “sərt qış ayları”nın gözlədiyini qeyd edib. Nəşr buna səbəb kimi Qərbin silah tədarükünün ləngiməsi, elektrik enerjisinin kəsilməsi, cəbhədə hərbi texnika və kadr çatışmazlığını göstərib.

 

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibə davam etdikcə həm Rusiyanın, həm də Ukraynanın imkanları getdikcə tükənir və bu, danışıqların başlanmasını hər iki tərəf üçün zəruri edir. Onun sözlərinə görə, Rusiya təkcə hərbi obyektləri deyil, həm də mülki və enerji obyektlərini hədəf alır:

 

“Bu isə Ukraynanın işini daha da çətinləşdirir, enerji təminatında ciddi çətinlik yaradır. Havalar soyuduqca, döyüş meydanında vəziyyət çətinləşəcək. Xüsusilə qar texnikaların hərəkətinə çətinlik yaradacaq. Bu, o deməkdir ki, hər iki tərəf üçün əməliyyatların intensivliyi daha da azalacaq.  Amma yaxınlaşmaqda olan qış Ukrayna üçün daha çox problemə səbəb olacaq. Çünki enerji təminatına daha çox ehtiyac olacaq. Amma enerji çatışmazlığı gözlənilən tələbi ödəməyə imkan verməyəcək. Bu isə insanlar arasında narazılığı artırmaqla yanaşı, vətəndaşların xarici ölkələrə köçünü sürətləndirə bilər”.

 

K.Novruzov xatırladıb ki, rəsmi Kiyev bundan əvvəl bir dəfə – 2023-cü ildə ağır qış aylarından keçib: 

 

“Həmin vaxt Ukraynanın imkanları xeyli azalmışdı. İqlim şəraiti ordunun döyüş fəaliyyətinə mənfi təsir etmişdi. Bu isə öz növbəsində Rusiyaya əlavə imkanlar yaratmışdı. Eyni ssenarinin yenə təkrarlanması gözləniləndir.  Bu baxımdan Ukraynanın təxminən bir ay vaxtı var. Təqribən noyabrın sonu, dekabrın əvvəlindən etibarən, yəqin ki, Ukrayna müdafiəsini daha da gücləndirəcək, hücum tempini aşağı salacaq. Bunun fonunda cəbhədə durğunluğun artacağı gözlənilir”.