“Ukraynanın davranışına görə NATO zəifləyəcək”backend

“Ukraynanın davranışına görə NATO zəifləyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə inandırmağa çalışmaqla Kiyev Aİ- ABŞ münasibətlərinə xələl gətirəcək və NATO-nu zəiflədəcək.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Britaniyanın “Unherd” nəşri bildirib.

Məqalədə deyilir ki, Kiyev, görünür, ABŞ prezidenti Donald Tramp Moskva üçün yeni məhdudiyyətlər tətbiq etmək istəmədiyini bəyan etdiyi üçün Avropanın köməyi ilə Rusiyaya iqtisadi təzyiq göstərmək qərarına gəlib . Məqalədə deyilir ki , bu səbəbdən Ukrayna Aİ-ni Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etməyə razı salacaq.

“Aydındır ki, Amerikanın sanksiyalarla bağlı tərəddüdləri ilə üzləşən ukraynalılar digər müttəfiqləri ilə daha sıx işləyəcəklər. Lakin bu strategiya Kiyevdən daha çox [ Rusiya prezidenti ] Vladimir Putinə fayda gətirəcək”, – deyə Qərb nəşri proqnozlaşdırır. Belə bir davranış xəttinin Ukrayna münaqişəsi ilə bağlı ABŞ və Avropanı bir-birindən daha da uzaqlaşdıracağı və NATO birliyini zəiflədəcəyi vurğulanır.

Bundan əvvəl G7 ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməklə hədələyiblər . Moskvanın Ukraynada atəşkəslə razılaşmadığı təqdirdə belə tədbirlərin görülməsi planlaşdırılır.