Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilibbackend

Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə və demək olar ki, bütün Ukraynada gecə saatlarında hava hücumu xəbərdarlığı elan edilib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rəqəmsal Transformasiya Nazirliyinin əhalini xəbərdar etmək üçün rəsmi saytının məlumatları sübut edir.

Onlayn xəritəyə əsasən, Moskva vaxtı ilə saat 04:41-də Volın, Transkarpat və Rovne vilayətləri istisna olmaqla, demək olar ki, bütün regionlar qırmızı zonada olub.

Ukrayna mediası Xmelnitski vilayətində partlayışlar olduğunu yazıb.

Bundan sonra həmin gecə Krivoy Roq şəhərində üçüncü dəfə partlayışların qeydə alındığı bildirilib.