Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilibbackend

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Rusiya təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə Ukraynanın “Strana.ua” nəşrinin Teleqram kanalı məlumat yayıb.

“Narahatlıq bütün Ukraynaya yayılır. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiyanın MiQ-31K təyyarəsi havaya qalxır”, – jurnalistlər yazır.

Bundan əvvəl dekabrın 9-da axşam saatlarında Dnepropetrovsk və Ukraynanın daha üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib. Bundan sonra Krivoy Roqda silsilə partlayışlar baş verib. Şəhərin meri Aleksandr Vilkul şəhərdə “hər şeyin normal olduğunu” deyib və partlayışları hava hücumundan müdafiə sistemlərinin işi ilə əlaqələndirib. Eyni zamanda, Nikopolda bir infrastruktur obyekti zədələnib.