Ukraynanın iki Qələbə Günü olacaq – VİDEObackend

Ukraynanın iki Qələbə Günü olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün biz nasizmə qarşı Qələbə Gününü qeyd edirik və heç kimə qələbəmizi ilhaq etməyə imkan verməyəcəyik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski mayın 9-da yayımladığı videomüraciətdə deyib.

“Biz anti-Hitler koalisiyasının tərkibində nasizmi məğlub edən əcdadlarımızla fəxr edirik”, – Zelenski bildirib.

“Nasistləri Ukraynanın hər yerindən qovublar, lakin bu şəhərlər bizi ruhlandırır, inanırıq ki, işğalçıları öz torpaqlarımızdan mütləq qovacağıq”, – deyə Prezident əlavə edib.

“Bu, iki ordunun müharibəsi deyil, iki dünyagörüşünün müharibəsidir. Biz öz yolumuzla gedən azad insanlarıq. Biz heç kimə torpağımızdan bir parça da vermirik. Bu gün biz nasizmə qarşı Qələbə Gününü qeyd edirik və kiminsə qələbəmizi ilhaq etməsinə icazə verməyəcəyik”, – dövlət başçısı vurğulayıb.

Zelenski bildirib ki, Ukraynanı çox yaxında iki Qələbə Günü gözləyir:

“Biz bunu təkrarlaya bilərik” demirik, çünki bunu Hitler rejiminin dəhşətli cinayətlərini təkrarlayan, nasist fəlsəfəsini miras qoyan, etdikləri hər şeyi kopyalayan 2194 günlük müharibənin təkrarlanmasını yalnız bir dəli istəyər”.

“Biz o zaman da qalib gəldik, indi də qalib gələcəyik. Xreşçatik meydanı qələbə paradını görəcək”, – Zelenski qeyd edib.

Qafqazinfo.az