Ukraynanın keçmiş baş naziri yeni ittihamlarla üzləşibbackend

Ukraynanın keçmiş baş naziri yeni ittihamlarla üzləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarova qarşı yeni ittihamlar irəli sürülüb. Bu barədə Ukrayna Baş Prokurorluğunun Telegram kanalında məlumat verilib.

“Baş Prokurorluğun prokurorlarının prosessual rəhbərliyi altında Ukraynanın keçmiş baş nazirinə qarşı yeni ittiham irəli sürülüb”, – məlumatda deyilir.

Aydın olur ki, keçmiş baş nazir ölkənin konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və devirməyə yönəlmiş hərəkətlərdə, habelə Rusiyanın hərəkətlərinə bəraət qazandırmaqda ittiham olunur.

Şöbə təqsirləndirilən şəxsin adını açıqlanmasa da, ərizəni müşayiət edən fotoda Azarov təsvir olunub.