Ukraynanın London danışıqlarını pozan hərəkəti üzə çıxıbbackend

Ukraynanın London danışıqlarını pozan hərəkəti üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Avropa ölkələrinin xarici işlər nazirlərinin Londonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşü Kiyevin ərazi güzəştindən imtina edən sənədi təqdim etməsindən sonra başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters”ə istinadən məlumat yayıb.

“Səfər statusunun aşağı salınması çərşənbə axşamı Ukraynanın avropalılar üçün sənəd hazırlamasından sonra baş verib”, – agentliyin mənbəsi bildirib.

Reuters agentliyinin mənbəsi aprelin 23-də Londonda keçirilən görüşün Kiyevin “tam və qeyd-şərtsiz atəşkəsə” qədər ərazi güzəştləri məsələlərini müzakirə etmək istəməməsi səbəbindən dayandırıldığını qeyd edib. Onun fikrincə, Vaşinqtonun hərəkətləri Ukraynanın mövqeyi ilə ABŞ və Rusiya arasında münaqişənin həlli ilə bağlı danışıqlar zamanı əldə edilmiş razılaşmalar arasındakı fikir ayrılığı ilə bağlı ola bilər.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens amerikalıları Ukraynadakı münaqişənin həlli üçün danışıqlardan geri çəkəcəyi ilə hədələyib. Onun sözlərinə görə, Ağ Ev münaqişənin həlli üçün çox konkret plan hazırlayıb.