Ukraynanın müdafiəsində məhdudiyyətlər var – Zelenskibackend

Ukraynanın müdafiəsində məhdudiyyətlər var – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın müdafiəsində hələ də məhdudiyyətlər var”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Bildirib ki, Rusiya son silsilə zərbələr zamanı Ukraynanın ən böyük çap müəssisələrindən birini hədəf alıb.

Bu cür hücumlar ölkənin hələ də lazımi hava hücumundan müdafiə sistemlərindən məhrum olduğu üçün mümkün olub:

“Raket zərbəsi nəticəsində çox sayda insan ölüb və yaralanıb. Kitab anbarı və avadanlıqlar yanıb. Rusların hədəfi həyatın bütün işartılarını yandırıb məhv etməkdir. Bu, ona görə baş veriri ki, Ukraynanın müdafiəsində hələ də məhdudiyyətlər var. Hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını yaşayırıq”.