Ukraynanın müdafiəyə keçməsinin səbəbi açıqlandıbackend

Ukraynanın müdafiəyə keçməsinin səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu çox az artilleriya sursatı aldığı üçün müdafiəyə keçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

“Ukrayna ordusunun böyük problemi var: o, 1000 kilometrlik cəbhə xəttini Rusiyanın hücumlarından adekvat şəkildə qorumaq üçün çox az artilleriya mərmisi alır”,-  deyə nəşr qeyd edib.

Qeyd olunur ki, Kiyev öz sursat istehsalını artırsa da, hələ də Qərbin köməyinə ümid edir. “Politco” yazır ki, bu vəziyyət Ukrayna Silahlı Qüvvələrində “Vaşinqtondakı siyasi çıxılmazlığın Ukraynaya bütün hərbi yardım axınını dayandırması” fonunda yaranıb.