Ukraynanın Müstəqillik Günü: Aİ-dən 4,05 milyard avro dəstəkbackend

Ukraynanın Müstəqillik Günü: Aİ-dən 4,05 milyard avro dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynaya 4,05 milyard avro həcmində yeni tranş köçürüb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (EK) saytında məlumat verilir.
Bəyanatda bildirilir: “Ukraynanın Müstəqillik Günü, 24 avqust münasibətilə Aİ Ukraynaya 4,05 milyard avro göndərib. Bu, Avropanın Ukraynaya Dəstək Fondundan 3,05 milyard avro və əlavə 1 milyard avronu əhatə edir”.
Qeyd olunur ki, 2022-ci ilin fevralından etibarən Aİ Ukraynaya humanitar, maliyyə və hərbi yardım məqsədilə ümumilikdə 168,9 milyard avro ayırıb.