Ukraynanın NATO-ya daxil olması üçün uyğun şərtlər yoxdurbackend

Ukraynanın NATO-ya daxil olması üçün uyğun şərtlər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alyansın bütün üzvlərinin bu məsələ ilə bağlı yekdil qərar qəbul etməsi mümkün olmadığı üçün Ukrayna NATO-ya daxil ola bilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Kanadanın Alberta Universitetinin rusşünaslıq fakültəsinin professoru Devid Marples DawnNews YouTube kanalına müsahibəsində deyib.

“NATO-nun yeni ölkələrin daxil edilməsi ilə bağlı siyasəti ABŞ dövlət katibi Antoni Blinken tərəfindən müəyyən edilmir: bunun üçün alyansın bütün üzvlərinin yekdil qərarı lazımdır. Və biz bilirik ki, NATO-da (…) Ukraynanın üzvlüyünə razılaşmağa hazır olmayan bir neçə ölkə var”, – o qeyd edib.

Bundan əlavə, professor alyansa qoşulmağın ən vacib şərtini xatırladıb: istənilən namizəd ölkə ilk növbədə öz sərhədləri ilə bağlı bütün qarşıdurmaları başa çatdırmalıdır.