Ukraynanın partlatdığı neft anbarı iki həftə YANDIbackend

Ukraynanın partlatdığı neft anbarı iki həftə YANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu tərəfindən partladılan Rusiyanın Rostov vilayətinin Proletarsk şəhərində yerləşən neft anbarını söndürmək üçün iki həftə vaxt lazım gəlib.

 

NOCOMMENT.az Ukrayna mediasına istinadən xəbər verir ki, anbar 2024-cü ilin avqustun 16-da partladılıb. Partlayışdan sonra anbarda baş verən yanğını yalnız sentyabrın 2-də tam söndürmək mümkün olub.

 

Qeyd edək ki, Ukrayna ordusu son aylarda Rusiya ərasizinə PUA-lar vasitəsilə intensiv hücumlar təşkil edir. Bu hucumların əsas hədəflərindən biri də neft anbarlarıdır. İndiyə qədər həyata keçirilən hücumlar zamanı çoxlu sayda neft anbarında partlayış törətmək mümkün olub. Neft anbarlarında baş verən yanğınları söndürmək çətin olduğundan anbarların partladılması Rusiyanın enerji sektorunda təchizatla bağlı problemlər yaradır.