Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilibbackend

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Kirovoqrad, Nikolayev və Dnepropetrovsk vilayətlərində, eləcə də Kiyevin nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin bir hissəsində hava hücumu xəbərdarlığı elan edilib. Bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin xəritəsindəki məlumatlar sübut edir.

Qeyd olunur ki, saat 16:15-də Xerson və Nikolayev vilayətlərində, bir dəqiqə sonra isə digər rayonlarda həyəcan təbili çalınıb.

Bu gün, dekabrın 13-də, Moskva vaxtı ilə saat 14:16-da Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş şəhər administrasiyasının rəhbəri Roman Mroçko Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xersonda partlayışlar barədə məlumat verib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə gecə raket hücumu zamanı Rusiyanı şəhər infrastrukturuna hücumda ittiham edib.