Ukraynanın xarici işlər naziri Rusiya neftinin qiymətini aşağı salmağa çağırıbbackend

Ukraynanın xarici işlər naziri Rusiya neftinin qiymətini aşağı salmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqını Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə Rusiya neftinin qiymətini 30 dollar/barelə endirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “European Pravda” nəşri sitat gətirir.

“Biz 17-ci paketdən kənara çıxmalıyıq. Neftin qiymətinin yuxarı həddi, bizim nöqteyi-nəzərimizə görə, ağlabatan qiymət [Rusiya Federasiyasından gələn neftin bir barreli üçün] 30 dollar olmalıdır”, – Sibiqa Avropa İttifaqı ölkələrinin XİN rəhbərlərinə müraciətində deyib.

O, həmçinin yeni məhdudiyyətlər, o cümlədən ölkənin Mərkəzi Bankına qarşı məhdudiyyətlər vasitəsilə Rusiyanın bank sisteminə “təzyiq” etməyə çağırıb.