Ukraynaya 1 milyard dollardan çox yardım ayırılacaqbackend

Ukraynaya 1 milyard dollardan çox yardım ayırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri və Ukrayna hakimiyyəti 15,6 milyard dollarlıq yardım proqramından 1,1 milyard dollar məbləğində tranşın ayrılması barədə razılığa gəliblər .

NOCOMMENT.az xəbər verir ki, bu barədə BVF məlumat yayıb.

Bildirilib ki, təşkilatın vəsait ayırmaq qərarına Ukrayna hakimiyyəti kömək edib və ölkə iqtisadiyyatını iyun ayı üçün proqramın müəyyən etdiyi bütün kəmiyyət göstəricilərinə uyğunlaşdırıb.

Həmçinin, BVF-nin qərarının səbəbi Ukraynanın makroiqtisadi sabitliyini qorumaq üçün nəzərdə tutulmuş siyasətə düzəlişlər və islahatlara dair razılaşmaların əldə edilməsi olub.