Yeni Zelandiya Ukraynaya 10 milyon dollar məbləğində yardım göndərəcək.
NOCOMMENT.az lenta.ru-ya istinadən xəbər verir.
Qeyd olunub ki, həmin məbləğin 6,1 milyonu humanitar, 3,6 milyonu hərbi məqsədlərə yönəldiləcək.
Maliyyə dəstəyinin yerdə qalan hissəsi isə ordunun şəxsi heyətinin tibbi ehtiyaclarına sərf olunacaq.