ABŞ Ukraynaya öz inventarından hazırlanacaq əlavə 325 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı açıqlamada hərbi yardımın təfərrüatları açıqlanıb.
Açıqlamada Bayden administrasiyasının 2021-ci ilin avqustundan bu yana 36-cı dəfə Ukraynaya ordu inventarlarından silah verdiyi qeyd olunub.
Paketə daxil olan sursat və avadanlıqların təfərrüatları aşağıdakı kimi göstərilib:
“HIMARS üçün əlavə döyüş sursatı; 155 mm və 105 mm-lik artilleriya mərmiləri; TOW raketləri; AT-4 tank əleyhinə silah sistemləri; tank əleyhinə minalar; maneələri aradan qaldırmaq üçün söküntü sursatları; 9 milyondan çox kiçik silah sursatları; 4 logistik dəstək maşını; dəqiq hava sursatları; avtomobilə texniki qulluq və təmiri dəstəkləyən sınaq və diaqnostik avadanlıq; liman və liman təhlükəsizlik avadanlığı; ehtiyat hissələri və digər sahə avadanlıqları”.
NOCOMMENT.AZ