ABŞ Senatının Ayırmalar Komitəsi 2026-cı il üçün Ukraynaya 800 milyon dollar yardım ayrılmasını təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə komitənin bəyanatına istinadən RİA Novosti məlumat yayıb.
“Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyi təşəbbüsü üçün 800 milyon dollar”, – deyə açıqlamada qeyd olunub.
Bundan əlavə, komitə Baltikyanı ölkələrin təhlükəsizliyi təşəbbüsü üçün 225 milyon dolların ayrılmasını, habelə Bəhreyn və İordaniyaya ayrılan maliyyə vəsaitinin artırılmasını da dəstəklədiyini bildirib.
Əgər müvafiq qanun layihəsi Senatın tam tərkibi və ardınca ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənərsə, vəsait Birləşmiş Ştatların illik müdafiə büdcəsi çərçivəsində ayrılacaq.