NATO-nun iyulun 11-12-də keçiriləcək sammiti zamanı Ukraynaya “çoxillik yardım paketi” adlanan sənəd qəbul ediləcək. Bu, Ukraynanın bu görüşdə qəbul etdiyi ilk üç qərardan biri olacaq.
Bu barədə NOCOMMENT.az NATO-nun baş katibi Yens Stoltenberqin Alyansın sammiti ərəfəsində keçirdiyi mətbuat konfransında verdiyi açıqlamaya istinadən xəbər verir.
“Sammitdə biz Ukraynanı daha da gücləndirəcək və onu Alyansa yaxınlaşdıracaq qərarlar qəbul edəcəyik. Mən müttəfiqlərin Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün üç elementdən ibarət paket qəbul edəcəyini gözləyirəm”, – o deyib.
Xüsusilə, onun sözlərinə görə, liderlər Ukrayna Silahlı Qüvvələri ilə NATO arasında tam uyğunluğu təmin etmək üçün çoxillik dəstək proqramı üzrə razılığa gələcəklər.
İkincisi, baş katib qeyd edib ki, sammitdə Ukrayna-NATO Şurasının fəaliyyətə başlaması ilə Ukrayna ilə NATO arasında siyasi əlaqələr yenilənəcək.
“Və üçüncüsü, mən gözləyirəm ki, liderlər Ukraynanın NATO-ya üzv olacağını təsdiq edəcəklər və Ukraynanı öz məqsədinə necə yaxınlaşdırmaq məsələsində həmrəy olacaqlar”, – Stoltenberq əlavə edib.
NOCOMMENT