Ukraynaya daha çox “Bayraktar” SATILIB?backend

Ukraynaya daha çox “Bayraktar” SATILIB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ukraynaya açıqlanandan daha çox “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları satıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg”ə danışan mənbələr məlumat verib.

Adları açıqlanmayan mənbələr 2019-cu ildən etibarən Ukraynaya idarəetmə stansiyaları və raketləri olan onlarla dron satıldığını iddia edib. Mənbələr ən azı 24 ədəd əlavə sifarişlərin verildiyini bildirib.

Türkiyə ilə Ukrayna arasındakı əməkdaşlıq təkcə PUA-larla məhdudlaşmır. Mənbələrin məlumatına görə, Türkiyə “Zenit-2” daşıyıcı raketinin birgə istehsalı üçün Ukrayna ilə danışıqlar aparır.