Ukraynaya dəstək azalır: Müharibənin taleyi necə olacaq?- “The Washington Post”backend

Ukraynaya dəstək azalır: Müharibənin taleyi necə olacaq?- “The Washington Post”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə münaqişə fonunda ABŞ-ın Ukraynaya hərbi dəstək həvəsi azalmağa başlayır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr vurğulayır ki, hazırda Ukrayna tərəfi gələcək silah tədarükü perspektivləri ilə bağlı qeyri-müəyyən vəziyyətdədir. Nəşr münaqişənin üçüncü ilində Vaşinqtonun diqqətini Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə yönəltdiyini vurğulayır.

ABŞ prezidentliyinə namizədlər Donald Trump və Kamala Harris Ukraynaya gələcək yardımı şübhə altına alır. Bu səbəbdən seçkilərin nəticələrinin Kiyev üçün həlledici rolu yoxdur.

Oktyabrın 5-də politoloq və beynəlxalq münasibətlər üzrə ekspert, professor Con Mirşaymer bildirib ki, demək olar ki, bütün Qərb siyasətçiləri artıq Ukraynaya hərbi dəstəyin uğursuzluğa məhkum olduğu qənaətinə gəliblər.