Ukraynaya F-16 verilməsinə Ağ Ev qərar verəcəkbackend

Ukraynaya F-16 verilməsinə Ağ Ev qərar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə və Almaniya Ukraynanın Rusiyaya qarşı döyüşməsi üçün yaxın vaxtlarda Kiyevə döyüş təyyarələri tədarük etməyəcəklərini və F-16 qırıcılarının Kiyevə mümkün təhvil verilməsi ilə bağlı yekun qərarın ABŞ-ın olduğunu bəyan ediblər.

NOCOMMENT.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Berlində keçirdiyi mətbuat konfransında hər iki ölkənin Ukraynaya hərbi dəstək verməklə bağlı sıx əməkdaşlığı davam etdirmək istədiyini bildirib.

Ukrayna aylardır Rusiyaya qarşı apardığı müharibədə xüsusi olaraq ABŞ istehsalı olan F-16 qırıcıları tələb etdiyi halda, Böyük Britaniyanın müdafiə naziri Uolles Ukraynaya döyüş təyyarələri göndərmək üçün beynəlxalq planlar barədə sual verildikdə Londonun Kiyevin istədiyi döyüş təyyarələrinin heç birinə sahib olmadığını və F-16 qırıcılarının Kiyevə mümkün çatdırılmasına “Ağ Ev”in qərar verməli olduğunu qeyd edib.

İngiltərə ordusunun inventarında olan döyüş təyyarələrinin Ukraynaya uyğun olmadığını bildirən Uolles ölkəsinin Kiyevə döyüş təyyarələri tədarükündəki rolunun təlim, koordinasiya və logistika ilə məhdudlaşacağını vurğulayıb.

NOCOMMENT.AZ