Ukraynaya hücum: Elektrik kəsildi, ölənlər varbackend

Ukraynaya hücum: Elektrik kəsildi, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son hücumlar nəticəsində ölkənin bir sıra bölgələrində istehlakçılar işıqsız qalıb”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyini məlumat yayıb.

Məlumatda bildirilib ki, Xarkov, Sumı, Dnepropetrovsk və Çerkassı vilayətlərində elektrik təchizatında ciddi fasilələr yaranıb. Hazırda qəza-bərpa işləri aparılır və enerji sisteminin sabitləşdirilməsi üçün əlavə tədbirlər görülür.

Məlumata əsasən, fevralın 1-də Rusiya pilotsuz uçuş aparatları Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda enerji müəssisəsinə məxsus xidməti avtobusu vurub. Hadisə nəticəsində şaxtada çalışan 16 işçi həyatını itirib, daha 14 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Bundan əvvəl xəbərlərdə bildirilirdi ki, Donald Trampın xahişi ilə Rusiya fevralın 1-dək Ukraynaya zərbələr endirməkdən müvəqqəti olaraq çəkinib. Lakin bu müddətin başa çatmasından sonra hücumların yenidən intensivləşdiyi qeyd olunur.

Qeyd edək ki, Moskva, Kiyev və Vaşinqton nümayəndələrinin iştirakı ilə növbəti danışıqlar raundunun fevralın 4–5-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

Sara