Ukraynaya Leopard tankı üçün yaşıl işıqbackend

Ukraynaya Leopard tankı üçün yaşıl işıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanı işğalı ilə başlayan müharibədə ölkənin şərq rayonlarında qarşıdurmalar daha da şiddətlənib. Ukrayna isə Qərbdən gələn silahların köməyi ilə müqavimətini davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, Ukraynanın təcili gözlədiyi Almaniya istehsalı olan tanklarla bağlı Berlinin istəksiz yanaşması reaksiyalara səbəb olub.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok ‘U’ dönüşü edərək Berlinin Leopard qərarını dünyaya açıqladı.

“Polşa Ukraynaya Alman Leopard tanklarını göndərmək istəsə, Almaniya buna qarşı çıxmayacaq” deyə Baerbok bəyan edib.

Alman mətbuatı bu açıqlamanı “Berlin yaşıl işıq yandırdı” kimi şərh edib.