Ukraynaya məxsus daha 2 pilotsuz təyyarə VURULDUbackend

Ukraynaya məxsus daha 2 pilotsuz təyyarə VURULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 17-də səhər tezdən hava hücumundan müdafiə sistemləri Volqoqrad vilayəti ərazisi üzərində iki Ukrayna pilotsuz təyyarəsini məhv edib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu səhər Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Volqoqrad vilayətinin ərazisi üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını məhv edib”, – departamentdən bildiriblər.

Bölgənin qubernatoru Andrey Boçarov hücum nəticəsində heç kimin xəsarət almadığını, həmçinin dağıntı olmadığını qeyd edib.