Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Ukraynanın 54 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) Rusiya regionları üzərində məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
Müdafiə departamentinin məlumatına görə, gün ərzində 37 təyyarə tipli dron məhv edilib: onlardan səkkizi Belqorod vilayəti ərazisində, daha səkkizi Lipetsk vilayəti üzərində məhv edilib. Öz növbəsində Oryol vilayəti üzərində yeddi, Bryansk vilayəti üzərində isə 14 pilotsuz təyyarə vurulub.
Müdafiə Nazirliyi də gecə saatlarında Ukraynaya məxsus 17 PUA-nın məhv edilməsi barədə məlumat verib. Departamentin məlumatına görə, onlardan səkkizi Bryansk vilayəti, dördü Belqorod vilayəti, üçü Kursk vilayəti, ikisi isə Oryol vilayəti üzərində məhv edilib.