Ukraynaya məxsus pilotsuz təyyarə Bryansk vilayətində kəndə hücum edibbackend

Ukraynaya məxsus pilotsuz təyyarə Bryansk vilayətində kəndə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri pilotsuz təyyarənin köməyi ilə Bryansk vilayətinin Kurşanoviçi kəndinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.

“Kənd təsərrüfatı müəssisəsinin ərazisinə məqsədyönlü zərbə endirilməsi nəticəsində “Miratorq” kənd təsərrüfatı holdinqinin iki avtomobilinə xeyli ziyan dəyib”, – deyə o vurğulayıb.

Boqomaz əlavə edib ki, hücum nəticəsində heç kim xəsarət almayıb. O, yerli sakinləri daha diqqətli olmağa çağırıb.