NOCOMMENT.az rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində pilotsuz uçuş aparatını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
-
“Ukraynaya məxsus pilotsuz uçuş aparatı Bryansk vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – məlumatda deyilir.
Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 16:00 radələrində Ukraynanın təyyarə tipli PUA-nın Rusiya Federasiyası ərazisindəki obyektlərə növbəti terror aktı törətmək cəhdini dayandırdıqlarını bildirib.
Oktyabrın 31-də hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində iki pilotsuz təyyarəni vurub. Birincisi Moskva vaxtı ilə təxminən 11:30-da, ikincisi isə Moskva vaxtı ilə təxminən 13:00-da məhv edilib.