Ukraynaya məxsus pilotsuz təyyarə vurulubbackend

Ukraynaya məxsus pilotsuz təyyarə vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Moskva vaxtı ilə saat 23:40 radələrində Kiyev rejiminin PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – idarədən bildirilib.

Nazirlik bunun təyyarə tipli dron olduğunu qeyd edib. Dron Rusiya ərazisindəki obyektləri hədəfə alıb.

Bundan əvvəl Belqorod bölgəsi üzərində “Neptun” raketi və Vampire MLRS mərmiləri məhv edilib.