Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukraynaya məxsus kamikadze pilotsuz təyyarələrin Starodubski bələdiyyə rayonunun Demyanki kəndinə hücum etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün öz Telegram kanalında məlumat verib.
Region rəhbərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri kənd təsərrüfatı müəssisəsinə məqsədli zərbə endirib. Nəticədə 3 işçi yaralanaraq xəstəxanaya çatdırılıb.
İyunun 5-də Bryansk vilayətinin Klintsı şəhər rayonunda raket təhlükəsi elan edilib.