Ukraynaya Müstəqillik Günü hədiyyəsi…backend

Ukraynaya Müstəqillik Günü hədiyyəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti IRIS-T hava hücumundan müdafiə sistemləri üçün zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsi barədə qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qar Styore deyib.

O bildirib ki, raketlərlə birlikdə minatəmizləmə üçün avadanlıqlar da Kiyevə təhvil veriləcək.

Öz növbəsində Portuqaliya F-16-da ukraynalı pilotların təliminə qoşulmağa hazır olduğunu təsdiqləyib.

Litva isə Ukraynaya 41 milyon avroluq yeni hərbi yardım paketi göndərəcək.

Məlumata görə, bu, Ukraynaya Müstəqillik Günü hədiyyəsidir və bu hədiyyəyə Karl Qustaf tank əleyhinə qumbaraatanlar, atıcı silahlar, dəniz müşahidə radar dəstləri, 5,56 mm çaplı döyüş sursatları, generatorlar, antidronlar, NASAMS üçün raket buraxılış sistemləri daxildir.