Ukraynaya raket və PUA zərbələri endirilib, ölən və yaralılar varbackend

Ukraynaya raket və PUA zərbələri endirilib, ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ordusu Ukraynaya PUA, ballistik və qanadlı raketlərlə hücum edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ukraynaya “Tu-95MS” strateji bombardmançı təyyarədən 9 ədəd “101/X-55SM, Qara dənizdən gəmilərdən 8 ədəd “Kalibr” və Bryanskdan 6 ədəd ballistik raketlə zərbə endirilib.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 13 raket və 40 PUA-nı vurub. Raket və PUA-ların hədəfi Kiyev, Sumi, Xarkov, Xmelnitsk, Çerkass və Nikolayev vilayətiləri olub.

Kiyev şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko Kiyevə hava zərbələri nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.

Bu arada Polşa Silahlı Qüvvələrinin komandanlığı Ukraynanın qərbinə raket zərbələri ilə əlaqədar ölkənin hava məkanının müdafiəsi üçün sərhəd yaxınlığına hərbi aviasiyanın göndərildiyini açıqlayıb.

***

saat 09.35

Rusiya Ordusu Kiyevə raket zərbələri endirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Qara dənizdən “Kalibr” və “ТУ-95М” bombardmançı təyyarəsindən “Х-101” raketləri buraxılıb.

Bir mebel sexində yanğın baş verib, beşmərtəbəli biznes mərkəzinin 3,4 və 5-ci mərtəbələrində qismən dağıntı olub, 3 avtomobil yanıb.

Raket hücumu nəticəsində 3 nəfər yaralanıb.