Ukraynaya rekord məbləğdə kredit VERİLƏCƏKbackend

Ukraynaya rekord məbləğdə kredit VERİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondunun direktorlar şurası Ukrayna üçün 15,6 milyard dollar dəyərində 4 illik kredit proqramını təsdiqləyib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Kredit Rusiyanın müharibəyə başlamasından sonra Ukrayna üçün ən böyük kredit və müharibə vəziyyətində olan bir ölkə üçün ilk böyük yardım paketi olacaq.

Proqram iki mərhələdə hazırlanıb. Vəsait ölkənin təcili ehtiyaclarının ödənilməsinə və sabitliyin qorunmasına yönəldiləcək. İkinci mərhələ struktur islahatları və Avropaya inteqrasiya üçün maliyyə dəstəyidir.