Ukraynaya silah göndərilməsini intensivləşdirəcəyik – MAKRONbackend

Ukraynaya silah göndərilməsini intensivləşdirəcəyik – MAKRON

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Makron həmkarına Fransanın Ukraynaya silah tədarükünün yaxın günlərdə intensivləşəcəyini deyib və Fransanın əlavə yardım tələblərinə cavab verməyə hazır olduğunu bildirib.

Makron, həmçinin Ukraynanın Avropa İttifaqına müraciətinin iyun ayında keçiriləcək sammitdə Aİ üzvləri tərəfindən araşdırılacağını bildirib və Ukraynanın inteqrasiyasını asanlaşdırmaq üçün Aİ-dən kənarda yeni “siyasi birlik” yaratmaq ideyası barədə məlumat verib.

Ukrayna Prezidenti müharibənin gedişindən danışıb və Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatının təfərrüatlarını açıqlayıb. Zelenski, həmçinin Rusiya ilə danışıqlar prosesinin gələcək perspektivləri ilə bağlı fikirlərini açıqlayıb. Prezidentlər, həmçinin Fransanın müdafiə dəstəyini, 6-cı sanksiyalar paketinin hazırlanmasını, Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının mümkün yollarını müzakirə ediblər.
Modern