Ukraynaya silah yardımı azalır – Ölkələr silah vədlərini yerinə yetirmirbackend

Ukraynaya silah yardımı azalır – Ölkələr silah vədlərini yerinə yetirmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya silah tədarükü azalır. Belə ki, iyunun 8-dən iyulun 1-dək Qərbin vət etdiyi silahların tədarükündə ciddi artım olmayıb, faktiki hərbi yardım əvvəlki aylarla müqayisədə azalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW) tədqiqatçıları araşdırma aparıb.

Ümumilikdə Qərb Ukraynaya 80,7 milyard avro məbləğində yardım vəd edib. Polşa verdiyi vədləri maksimum yerinə yetirən ölkələr arasındadır. Polşanın vəd etdiyi silahların 100 faizi Ukraynaya gəlib. Polşa 1,8 milyard avro dəyərində silah tədarük etməklə ABŞ-dan sonra ən çox silah göndərən ikinci ölkədir.

Britaniya elan etdiyi hərbi yardımın 90.7%-ni yerinə yetirib. London Kiyevə 1,12 milyard avro dəyərində silah verib. Kanada indiyədək Ukraynaya göndərəcəyini elan etdiyi silahların 82,5%-ni təmin edib.

Elan etdiyi yardımın 100% çatdıran ölkələr aşağıdakılardır: Latviya, Fransa, İtaliya, Belçika, Lüksemburq, Finlandiya, Sloveniya, Avstriya, Bolqarıstan.

Amerika Birləşmiş Ştatları isə vəd etdiyi silahların cəmi 38,4%-ni təhvil verib. Almaniya xeyli geridədir: ölkə 675 milyon avro dəyərində silah vəd edib və indiyədək yalnız 39,9%-ni (269 milyon avro) təhvil verib.

Siyahının ən sonunda Cənubi Koreya, Portuqaliya, Rumıniya və Xorvatiya yer alıb, bu ölkələr vəd edilən yardımın 0%-ni təmin ediblər.

Modern.az