Ukraynaya söz verilən F-16 qırıcıları çox tez məhv ediləcəkbackend

Ukraynaya söz verilən F-16 qırıcıları çox tez məhv ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin yaxın gələcəkdə Ukraynaya söz verdiyi F-16 qırıcıları Rusiya aviasiyası tərəfindən çox tez məhv ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

O, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın “İsgəndər-M” operativ-taktiki ekipajlarının endirdiyi zərbələr nəticəsində beş Su-27 və iki MiQ-29-u itirdiyini xatırladaraq “Qərb qırıcıları da öz bazalarında eyni dərəcədə həssas olacaqlar” deyə xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, Kiyevdə mövcud olan hava hücumundan müdafiə sistemləri onlara böyük şəhərləri, cəbhə bölgəsindəki qoşunları və hərbi aerodromları eyni vaxtda mühafizə etməyə imkan vermir.

Qeyd olunub ki, yaxın gələcəkdə Ukraynaya ötürülən “Patriot” zenit-raket kompleksləri sayəsində vəziyyət dəyişə bilər, lakin onlar kifayət etməyəcək.