“Ukraynaya yardım edə bilməyəcəyik” – BMTbackend

“Ukraynaya yardım edə bilməyəcəyik” – BMT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.

 

NOCOMMENT.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndəsi Karolin Lindholm Billinq danışıb.

 

O qeyd edib ki, səbəb maliyyə çatışmazlığıdır.

 

“BMT-nin qışda Ukraynaya kömək etmək üçün kifayət qədər vəsaiti olmayacaq”, – qurum rəsmisi əlavə edib.

 

Billinqin sözlərinə görə, ilin bu vaxtında təşkilatın maliyyə vəziyyəti kritik olur və onlar yalnız 47% maliyyələşdirilir:

 

“Bundan əlavə, Ukraynanın avropalı qonşuları qışda mümkün yeni qaçqın dalğasından narahatdırlar”.

 

BMT bundan əvvəl Ukraynaya humanitar yardım göndərib. 2024-cü ilin əvvəlindən təşkilat aktiv şəkildə vəsait axtarmağa başlayıb və ukraynalı qaçqınlara yardımı davam etdirmək üçün donorlardan 4,2 milyard dollar istəyib.