Ukraynaya yardımla bağlı prosedur əngəli aradan qaldırıldıbackend

Ukraynaya yardımla bağlı prosedur əngəli aradan qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı Ukraynaya yardımla bağlı prosedur əngəlini aradan qaldırıb. Bu isə yaxın günlərdə keçirilməsi nəzərdə tutulan Ukrayna, İsrail və Tayvana maliyyə yardımı layihəsi üzrə yekun səsverməni yaxınlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı keçirilən yekun səsvermənin lehinə 67, əleyhinə 27 senator çıxıb. 18 respublikaçı senator prezidentliyə namizəd Donald Trampın qanun layihəsini tənqid edərək yardımın kredit şəklində verilməli olduğunu bildirməsindən sonra sənədi dəstəkləyib.

Bununla belə, qanun layihəsi Senat tərəfindən qəbul edildikdən sonra respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına keçəcək. Demokratlar və respublikaçılar onun nəzərdən keçirilməsini sürətləndirməyə razılaşarsa, qanun layihəsi daha sürətli irəliləyə bilər. Amma indiyədək belə bir razılaşma əldə olunmayıb.

Layihəyə Ukrayna üçün 61 milyard dollar, HƏMAS-a qarşı savaşda İsrailə 14 milyard dollar və Tayvan da daxil olmaqla Hind-Sakit okean regionunda tərəfdaşları dəstəkləmək və Çinin təcavüzünün qarşısını almaq üçün 4,83 milyard dollar daxildir.

O həmçinin Qəzza və İordan çayının qərb sahili, Ukrayna və dünyanın digər münaqişə zonalarında mülki əhaliyə 9,15 milyard dollar humanitar yardımı ehtiva edir.