“Ülfət İstirahət Mərkəzi” cərimələnə bilərbackend

“Ülfət İstirahət Mərkəzi” cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda yerləşən məşhur “Ülfət İstirahət Mərkəzi” barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.

İşə Xaçmaz Rayon Məhkəməsinin hakimi Aynur Əliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən istirahət mərkəzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının tabeçiliyində fəaliyyət göstərir.