Ülvi və Sevincin həbs müddəti uzadıldıbackend

Ülvi və Sevincin həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abzas media”nın direktoru Ülvi Həsənli və direktor müavini Sevinc Vaqifqızının həbsdə saxlama müddəti uzadılıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, Ü.Həsənli və S.Vaqifqızının həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızıdan əlavə, saytın direktor müavini Məhəmməd Kekalov, digər əməkdaşları – Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Təqsirləndirilən şəxslərin hər biri qaçaqmalçılıqda ittiham edilir.