Ulyanovsk vilayətində dron hücumu dəf edilibbackend

Ulyanovsk vilayətində dron hücumu dəf edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulyanovsk vilayətinin iki kənd ərazisində düşmənin pilotsuz təyyarələrinin hücumu dəf edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix özünün Teleqram kanalında məlumat verib.

“Ulyanovsk vilayətinin iki kənd rayonunda düşmən PUA-larının hücumları dəf olunub”, – deyə o bildirib.

Qubernatorun sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb və əmlaka heç bir ziyan dəyməyib. Hadisə yerində xüsusi xidmət orqanları araşdırma aparır.

Russkix vilayət sakinlərini sakitliyə çağırıb və yalnız rəsmi, etibarlı mənbələrə inanmağı tövsiyə edib.