Umico müştəriləri necə aldadır? – FOTOFAKTbackend

Umico müştəriləri necə aldadır? – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Umico onlayn alış-veriş saytı ilə bağlı narazılıqlar son günlər artmaqdadır.
Belə bir şikayət ilə bağlı redaksiyamıza vətəndaş müraciəti daxil olub.

NOCOMMENT.az saytına daxil olan vətəndaş şikayətində bildirilir ki, 27 noyabr 2023-cü il tarixində Umico üzərindən verilən sifarişin çatdırılması ertəsi günə razılaşdırılmış saat intervalına ayarlansa da, sifariş həmiş gün ərzində çatdırılmadı. Vətəndaş səbr edərək bir gün gözləsə də, növbəti günü sifariş yenə ünvana çatdırlmır. Sifarişçi səbirsizlik etməyərək məhsulu daha növbəti günə gözləsə də, amma yenə də məhsul növbəti, sifarişin 2-ci günü də ünvana çatdırılmır. Ən maraqlısı isə odur ki, hər iş günün sonunda müştəriyə SMS göndərilərək sifarişin texniki səbəbdən çatdırılmasında gecikmə olduğu bildirilir. Lakin məhsul yenə də, sifarişin 4-cü günü belə ünvana çatdırılmır. Nəhayət 04 dekabr 2023-cü il tarixində zəng edirlər ki, məhsulunuz gəlir. Təbii ki, müştəri də 6 gün gecikdirilmiş məhsulu almaqdan imtina etdiyini bildirir.

Umico gecikmə

Daha bir şikayət isə müştəri tərəfindən verilən bir sifarişin digər sifariş ilə əvəz olunmasıdır.

Belə ki, 11 dekabr 2023-cü il tarixində müştəri Mikrodalğalı Soba sifariş versə də, ertəsi günü çatdılılan soba başqa model məhsul olur. Müştərinin sifariş etdiyi Samsung markalı mikrodalğalı soba MS23F302TQS/BW əvəzinə ünvana MS23F302TQS modeli çatdırılır.
Deməli müştəri bir qədər diqqətsiz olsa idi verilən bir model sifariş digər model ilə əvəz olunacaqdı. Bunların isə ilkin satış və endirim qiymətlərində ciddi fərq var.

Ən əsası isə odur ki, Umico saytında MS23F302TQS/BW model mikrodalğalı sobanın ilkin satış qiyməti 344 AZN göstərilsə də, vətəndaş şikayətindən sonra məhsul ünvana səhv çatdırılan digər MS23F302TQS modelin qiymətinə, 299 AZN-ə endirilir. Hansı ki, sifariş verilən modelin ilkin qiymətinə 129.10 AZN endirim göstərilib.

Burada qiymətlər üzərində manipulyasıya edən Umico unudur ki, 344 manata 129 AZN endirim edildikdə məhsul indi saytda göstərilən 240 AZN deyil, 215 AZN edir. Şikayətdən dərhal sonra isə avtomatik olaraq məhsulun ikin satış qiyməti 344 AZN deyil, 299 AZN göstərilir. Bu zaman isə ilk olaraq müştəriyə göstərilən 129 AZN endirim deyil, 59 AZN-lik endirim edilmiş olur.

Müştəri şikayətindən sonra sifariş verilən modelin qiyməti və endirimin dəyişilməsi nə Umico-ya nüfuz, nə də gəlir gətirməyəcək.

Amma saytda həmin MS23F302TQS/BW model mikrodalğalı soba sonradan operativ şəkildə qiymətinə düzəliş edilərək MS23F302TQS modelin qiymətinə 240 manata qoyulur. Bununla Umico özünə deyil, müştəriyə hörmət qoymur. Ortada isə aldatma faktı meydana çıxır.

Bütün bunlar müştəri məmnuniyyətini heçə almaq, müştəri hüquqlarını tapdalamaq deyilmi? Görəsən Umico inkişaf etmiş Avropa olkələrində də vətəndaşlar ilə bu tərzdə hörmətsiz davrana bilərmi?

Ümid edirik Azərbaycan respublikasının aidiyyatı üzrə dövlət qrumıarı bu faktı nəzərə alaraq məsələni diqqətdə saxlayacaq.

NoComment.az