Ümid edirəm ki, Ermənistan bundan xəbərdardırbackend

Ümid edirəm ki, Ermənistan bundan xəbərdardır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün üçtərəfli razılaşmaların bütün komplekslərini işə salıb”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə Rusiyanın Ermənistanı dəstəkləmək üçün hansı tədbirlər gördüyünə dair sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatlar İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesinin irəliləyişi üçün etibarlı zəmindir: “Həm Ermənistan, həm Azərbaycanla müttəfiqlik öhdəliklərimizi nəzərə alırıq. Bu səbəbdən də, vasitəçi olaraq bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən mövqe tuturuq. Çox ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”.

Əgər söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərdən gedirsə, o zaman İrəvan maraqlı olsa, KTMT-yə üzv olan bütün digər ölkələr Ermənistana monitorinq missiyası göndərməyə hazır olardı.