Ümid edirik ki, Ermənistan bu şansdan istifadə edəcək- Çavuşoğubackend

Ümid edirik ki, Ermənistan bu şansdan istifadə edəcək- Çavuşoğu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Qarabağ da daxil olmaqla bir çox regional məsələlərlə bağlı Rusiya ilə fəal təmasdadır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O əlavə edib ki, Ankara və Moskva milli maraqların nəzərə alınmasına əsaslanan konstruktiv dialoqun tərəfdarıdır.

Qafqazdakı vəziyyətdən danışan Çavuşoğlu İkinci Qarabağ Müharibəsindən sonra dəyişikliklərə ümidlərin yaranmasına işarə edib:

“Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə region uzunmüddətli sülh üçün tarixi şans əldə edib”.

Türkiyəli nazir ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu da qeyd edib:

“Ümid edirik ki, Ermənistan bu şansdan regionda sülh və inkişaf üçün istifadə edəcək”.