Ümrə ziyarətində yeni qayda tətbiq olunacaqbackend

Ümrə ziyarətində yeni qayda tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarlar üçün bir sıra tələbləri açıqlayıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar digər ölkələrin Ümrə zəvvarlarından xüsusi COViD-19 sığortası tələb olunacaq.

Həcc və Ümrə Nazirliyi bildirib ki, Ümrə halında tibbi sığorta məbləği 650 000 Səudiyyə rialıdır. Maksimum 14 gün ərzində gündəlik 450 rial qədər karantin haqqı ödənilməlidir.

Ümrə zəvvarının ölümü halında cəsədin mənşə ölkəsinə köçürülməsi üçün sığorta haqqı isə 6 500 Səudiyyə rialıdır.