Ümrə ziyarətinə 8 aydan sonra ilk dəfə xarici zəvvar qrupu gəlibbackend

Ümrə ziyarətinə 8 aydan sonra ilk dəfə xarici zəvvar qrupu gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası səbəbilə təxminən 8 ay öncə qadağan etdiyi Ümrə ziyarətlərinə icazə verilməsindən sonra xaricdən ilk qrupun ölkəyə gəldiyini açıqlayıb.

NOCOMMENT mediapost-a istinadən xəbər verir ki, İndoneziya və Pakistandan ilk qrupu gətirən təyyarələr Ciddə şəhərindəki Kral Əbdüləziz beynəlxalq hava limanına eniş edib.

Qeyd olunub ki, ölkəyə gələnlər 3 gün karantində qaldıqdan sonra Ümrə ziyarətlərini edəcəklər.