Səudiyyə Ərəbistanı höküməti 6 aydır təxirə salınan ümrə ziyarətlərinin oktyabrın 4-dən etibarən mərhələli şəkildə bərpa olunacağını elan edib.
NOCOMMENT ərəb mediasına istinadən xəbər verir ki, oktyabrın 4-dən ölkədaxili ümrə ziyarətləri üçün Məscidül-Həramın tutumunun 30 %-i (gündəlik 6 min nəfər) açılacaq. Oktyabrın 18-dən isə Məscidül-Həram və Məscidül-Nəbidəki Ravdayi Şərifin 75 % tutumla ölkə içindən gələn ziyarətçiləri qəbul edəcək.
Noyabrın 1-dən etibarən isə sadəcə ölkədaxili deyil, həm də xaricdən ümrə və ibadət üçün gələnlər qəbul ediləcək. Bu mərhələdə Məscidül-Həram və Məscidül-Nəbi bütövlükdə ziyarətçilər üçün açılacaq.