Umudov Elgün ölkədən çıxa bilməyəcək: yarım milyon borcu varbackend

Umudov Elgün ölkədən çıxa bilməyəcək: yarım milyon borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Umudov Elgün Firdovsi oğlu barəsində məhkəmə iddiası qaldırıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məhkəmə iclasının 1 avqust tarixində saat 15:00-da Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın sədrliyi ilə keçiriləcəyi bildirilir.

Bildirilir ki, məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, Umudov Elgün Firdovsi oğlu ötən il eyni gündə, eyni nizamnamə kapitalı ilə eyni ərazisdə qeydiyyata alınan 5 şirkətə rəhbərlik edir. Bu şirkətlər qısa müddət əvvəl (7 ay) dövlət qeydiyyatına alınsalar da, böyük həcmdə vergi borcları yaranıb.

Aşağıdakı cədvəldə şirkətlərin adı və dövlət büdcəsinə olan vergi borcları qeyd olunub:

Onu da qeyd edək ki, nə adları yuxarıda qeyd olunan şirkətlər, nə də Umudov Elgün Firdovsi oğlu barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.