Ümumdünya prokurorlarının növbəti iclası Bakıda keçiriləcəkbackend

Ümumdünya prokurorlarının növbəti iclası Bakıda keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londonda səfərdə olub.

NOCOMMENT.az xəbər verir ki, assosiasiyanın Bayraq mərasimində çıxış edən Kamran Əliyev təşkilatın bayrağını rəsmən qəbul edərək, tədbir iştirakçılarını 2024-cü ilin sentyabrında Bakı şəhərində keçiriləcək ümumdünya prokurorlarının 29-cu konfransına dəvət edib. Daha sonra ölkəmizin, o cümlədən paytaxtımızın milli-mədəni və tarixi abidələrini əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilməklə broşürlər, eləcə də, məlumat kitabçaları paylanılıb.

Səfər çərçivəsində Baş prokuror Britaniyanın Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill ilə görüşüb. Hüquq mühafizə orqanlarımız arasında əlaqələrin genişlənməsinin zəruriliyi, mütəşəkkil cinayətkarlıqla, xüsusən  qanunsuz miqrasiya, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa baş prokurorun Krallığın Daxili İşlər Nazirliyinin Ekstradisiya məsələləri üzrə rəhbəri Harj Dersi, Sinqapurun Baş prokuroru Lüsyen Vonq, həmçinin, ABŞ, Braziliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Monqolustan və digər ölkələrdən olan həmkarları ilə görüşləri keçirilib. Sentyabrın 19-da prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti-terror tədbirləri barədə onları məlumatlandırıb.