Ümumi təhsil müəssisələrinin növlərinə dəyişiklik edildibackend

Ümumi təhsil müəssisələrinin növlərinə dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib.

NOCCOMENT, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib:

– Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

– İnternat tipli lisey;

– İnternat tipli gimnaziya;

– İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

– İnteqrasiya təlimli ümumtəhsil məktəbi;

– Xüsusi ümumtəhsil məktəbi;

– İnternat tipli xüsusi ümumtəhsil məktəbi.

Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub:

– Ümumtəhsil internat məktəbi;

– İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

– İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

– Xüsusi məktəb;

– Xüsusi internat məktəbi;

– İnteqrasiya təlimli internat tipli gimnaziya;

– Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.